Bank Of Baku

Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala yatırılan sərmayənin həcmi yanvar-aprel aylarında 5,5% artıb

Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala yatırılan sərmayənin həcmi yanvar-aprel aylarında 5,5% artıb
# 18 may 2010 06:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 291,3 mln. manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 5,5% çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi tikinti işlərində istifadə edilmiş vəsaitin 69,2%-ni təşkil edərək 1 585,7 mln. manat olub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar inşaat işlərinə 1 384,4 mln. manat, qeyri-dövlət müəssisələri 906,9 mln. manat vəsait sərf edib. Məhsul istehsalı obyektlərinin inşasında 1 152,6 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 1 138,7 mln. manatlıq vəsaitdən istifadə edilib.

Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitin 77,1%-ni daxili, 22,9%-ni isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil edib, daxili mənbələrdən yönəldilən vəsaitlərin 74,9%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 25,1%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşüb.

Bununla yanaşı, 2010-cu ildə inşaat işlərini həyata keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş 3,549 mlrd. manat vəsaitin 771,6 mln. manatından istifadə edilib.

Əsas kapitala yönəldilmiş sərmayənin 1 199,9 mln. manatı müəssisə və təşkilatların, 80,5 mln. manatı bank kreditləri, 812,5 mln. manatı büdcə vəsaitləri, 128,6 mln. manatı büdcədənkənar fondların vəsaitləri, 69,4 mln. manatı isə əhalinin şəxsi vəsaitləri təşkil edib.

İlin əvvəlindən əsas kapitala yönəldilmiş bütün vəsaitin 43,2%-i sənaye sahələrinin inkişafına, 5,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 2,8%-i ticarətə, 28,5%-i nəqliyyat və anbar təsərrüfatına, 2,1%-i tikintiyə, 0,7%-i informasiya və rabitəyə, 1,7%-i yaşayışın təşkili və ictimai iaşəyə, 0,1%-i maliyyə və sığorta fəaliyyətinə, 6,2%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 6,1%-i mənzil tikintisinə), 1,8%-i dövlət idarəetməsinə, 1%-i təhsilə, 1,6%-i səhiyyəyə, 2,7%-i istirahət, əyləncə və incəsənətə, 2,1%-i inzibati və yardımçı xidmətlərin, 0,4%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Qeyd edək ki, ötən dörd ay ərzində əsas kapitala yönəldilmiş vəsaitin 1 536,7 mln. manatı qeyri-neft bölməsinin, 754,6 mln. manatı isə neft bölməsinin inkişafında istifadə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR