Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı notların emissiyasını kəskin azaldıb

Azərbaycan Mərkəzi Bankı notların emissiyasını kəskin azaldıb
# 18 may 2010 07:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübü ərzində Azərbaycanın fond bazarında 513,3 mln. manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 30,5% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, qiymətli kağızlar bazarının ümumi emissiyasının 34%-ni səhmlər, 53,6%-ni dövlət istiqrazları, 11,7%-ni Azərbaycan Mərkəzi Bankının (AMB) notaları, 0,7%-ni isə korporativ istiqrazlar təşkil edib.

Hesabat dövründə 275 mln. manatlıq dövlət istiqrazları, 60 mln. manatlıq AMB notları, 3,5 mln. manatlıq korporativ istiqrazlar, 174,8 mln. manatlıq səhmlər və 518 ədəd ipoteka kağızı buraxılıb. Ötən ilin I rübü ilə müqayisədə dövlət istiqrazlarının buraxılışı 1,5%, səhm emissiyası 2,4 dəfə, ipoteka kağızlarının buraxılışı 16 dəfə artıb, not emissiyası isə 6,6 dəfə azalıb.

Bu dövr ərzində 37,2 mln. manatlıq dövlət istiqrazları, 45,6 mln. manatlıq AMB-nin notları, 23,2 mln. manatlıq səhmlər və 19,2 mln. manatlıq korporativ istiqrazlar Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilib.

Eyni zamanda, 2010-cu ilin yanvar-mart aylarında nominal dəyəri 9,8 mln. manat olan səhm, 11,9 mln. manatlıq dövlət istiqrazı və 24,4 mln. manatlıq korporativ istiqrazlar tədavüldə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR