Azərbaycanın maliyyə naziri Samir Şərifov: «Avrobondların emissiyasını təxirə salmalıyıq» - MÜSAHİBƏ
- Heç kim üçün sirr deyil ki, 2009-cu ildə qlobal böhran nəticəsində dünya iqtisadiyyatında bir sıra problem meydana çıxdı. Hazırda dünya iqtisadiyyatında bu problemlərdən bəziləri qalmaqdadır ki, bu da bütün ölkələr, o cümlədən Azərbaycan üçün müəyyən risk fonu yaradır. Baxmayaraq ki, biz 2009-cu ildə böhrandan uğurla keçdik və hətta ilin yekunlarına görə ÜDM-in artımı qeydə alındı.
- Dövlət büdcəsinin xərclər hissəsinin formalaşmasında prioritetlər hansılardır?
- Büdcənin xərclər hissəsinin prioriteti ilk növbədə sosial sahə, xüsusən ötən ilin böhran ili olması nəzərə alınaraq baxılmış bütün sosial proqramların gerçəkləşdirilməsinin təmin olunması sayılır. Amma hətta bunu nəzərə alsaq belə, 2010-cu ilin büdcəsi sosial proqramların təmin olunmasına yönəlib. Bundan başqa, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 2010-cu ildə büdcə sahəsində əmək haqlarının artırılması, həmçinin pensiyaların baza hissəsinin yüksəldilməsi nəzərdə tutulur.
- Dövlət büdcəsinin xərclərinin istiqamətinin investisiya qoyuluşları çərçivəsində müəyyənləşdirilməsində hökumət, o cümlədən Maliyyə Nazirliyi hansı prinsipə əsaslanır?
- Əlbəttə ki, Azərbaycan sosial proqramlarla yanaşı, investisiya proqramlarının da reallaşdırılmasını təmin edir. İcrasına başlanan əsas investisiya proqramlarının maliyyələşdirilməsi hazırda davam etdirilir, həmçinin yeni proqramlar həyata keçirilir. Bunlar infrastruktur, meliorasiya və su qurğularının, yolların, avtomagistralların, yolayrıcılarının, yeni metro stansiyalarının tikintisi, enerji təchizatının və elektrik ötürülməsinin yaxşılaşdırılması, elektrik stansiyalarının inşası, elektrik yarımstansiyalarının, yüksək gərginlik elektrik xətlərinin tikintisi və bərpası, elektrik şəbəkəsinin yaxşılaşdırılması kimi istiqamətləri əhatə edir.
Bundan başqa, sosial sahəyə investisiyalar 2010-cu ildə də müştərək maliyyələşdiriləcək. Buraya mövcud məktəblərin təmiri və yeni məktəblərin, xəstəxana komplekslərinin, poliklinikaların və digər səhiyyə müəssisələrinin, Qarabağ müharibəsi əlilləri üçün evlərin tikintisi daxildir. İnvestisiyalar həmçinin ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə də yönəldilir, hərbi qulluqçular və müdafiə orqanlarının əməkdaşları üçün müvafiq sosial-məişət şəraiti yaradılır.
Əsas istiqamətlərdən biri olan kənd təsərrüfatı sahəsinə də investisiyalar yatırılır. «Aqrolizinq» ASC vasitəsilə bu sahənin material-texniki bazasının təkmilləşdirilməsi üçün vəsait ayrılır. Bununla paralel olaraq hazırda Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi kimi müxtəlif maliyyə sxemləri vasitəsilə kiçik və özəl sahibkarlığa dəstək büdcədən maliyyələşdirilir. Bütün bu strukturlar iqtisadiyyatın özəl sektoruna resursların verilməsi mənbəyi kimi istifadə olunur.
- Bu gün Azərbaycanın dövlət borcunun həcmi nə qədərdir?
- Bu gün Azərbaycanın dövlət borcu ÜDM-in 7%-ni üstələmir. Hazırda dövlət borcunun müqavilə və razılaşmalarla rəsmiləşdirilmiş həcmi məzənnədən asılı olaraq dəyişir və 7 mlrd. ABŞ dollarını ötmür. İstifadə olunmuş borc isə - qeyd edim ki, hesablamalarda məhz bu əsas kimi götürülür – 3 mlrd. dollardan azdır.
Daxili borca gəlincə, bu, bizdə çox aşağıdır. Bunun əsas səbəbi isə daxili borcalma bazarının – dövlət istiqrazları bazarının inkişafıdır. Ümumi dövlət öhdəliklərində daxili borcun həcmi faiz göstəricisi ilə kiçik rəqəmlərlə ifadə olunur.
- Qiymətli kağızlar buraxmaq yolu ilə beynəlxalq bazarlarda borclanma planlaşdırılırmı? Ümumiyyətlə, buna ehtiyac varmı?
- Hazırda biz bu məsələni nəzərdən keçiririk. Bir tərəfdən beynəlxalq kapital bazarlarında vəziyyət qiymətli kağızların buraxılması üçün əlverişlidir. Belə ki, faiz dərəcələri kifayət qədər aşağıdır, nəzərə aldığımız borc üzrə potensial spredlər əhəmiyyətli dərəcədə azalıb. Bundan başqa, Azərbaycanın kredit reytinqi proqnozu «stabil»dən «pozitiv»ə dəyişdirilib ki, bu da bizim üçün əlavə müsbət amildir. Digər tərəfdən, bir sıra böyük dövlətlərin, ilk növbədə avrozonaya daxil olan dövlətlərin borc problemi bazarda investorların əhval-ruhiyyəsinə təsir edir və düşünürəm ki, bu vəziyyət dəyişməyincə, biz avrobondların buraxılmasını təxirə salmalıyıq.
- Cari ilin ilk 4 ayında neftin 1 barelinin qiyməti 45 dolları əhəmiyyətli dərəcədə üstələyib. Dünya bazarında neftin qiyməti bir müddət də indiki səviyyədə qalarsa, 2010-cu ilin dövlət büdcəsinin xərclər hissəsinə, o cümlədən neftin baza qiymətinə baxılması planlaşdırılırmı?
- Burada nəzərə almaq lazımdır ki, ölkəmizin cari il üçün büdcəsində kəsir nəzərdə tutulub. Biz onu xarici və daxili borcalmalarla maliyyələşdirməyi planlaşdırırdıq. Hesab edirəm ki, dünyada enerji resurslarına əlverişli konyunkturanı nəzərə almaqla bizim büdcəyə əlavə gəlirlər cəlb etmək imkanımız olacaq. İlk növbədə yanacaq-energetika sahəsində mənfəət vergisi hesabına əldə olunan gəlirləri büdcə kəsirinin bağlanmasına yönəldəcəyik, bununla daha az borc alacaq və gəlirlərdən daha çox istifadə edəcəyik.
- Dövlət büdcəsinin gəlirlər hissəsinin strukturunda neft və qeyri-neft sektorlarının payı nə qədərdir?
- Büdcənin gəlirlər hissəsinin strukturunda neft və qeyri-neft sektorlarının payı bir qayda olaraq dəyişir və bu rəqəm daimi deyil. Hazırda neft gəlirlərinin payının azaldılması üçün məqsədyönlü siyasət yürüdülür. Digər tərəfdən, neftin qiyməti artırsa, təbii ki, neft gəlirlərinin payı da yüksəlir. Amma bütövlükdə siyasətimiz bu gəlirlərin azaldılmasına yönəlib.
- Sonda vətəndaşların əksəriyyətini narahat edən bir suala cavab verməyinizi istərdik. Sovet dövründən banklarda qalmış əmanətlərin əhaliyə qaytarılması məsələsi hazırda hansı mərhələdədir?
- Mənə məlum olanı budur ki, hələlik müvafiq qanun parlament tərəfindən qəbul edilməyib. Bu isə o deməkdir ki, məsələ əvvəlki mərhələsində qalır.
Maliyyə
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib
Xəbər Lenti
Katz: Suriya, Livan və Qəzzadan çıxmayacağıq
Gədəbəyə diametri 11 mm olan dolu düşüb - FAKTİKİ HAVA
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin inkişafı üzrə İşçi Qrupu yaradılıb
Putin: Rusiya Ukraynaya qarşı cavab zərbələrini artıracaq
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib - VİDEO
İRİA: Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi imkanları genişləndirilib
Hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib
Rüfət Səfərova hökm oxunub
Netanyahu Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Qusar sakini çayda boğulub, nəvəsini polis xilas edib
Tramp Tehranı razılaşma ilə bağlı yalan məlumat yaymaqda günahlandırıb: İranla xoş niyyətlə danışıq mümkün deyil
Kürdəmirdə 28 yaşlı oğlan kanalda boğulub
Beyləqan sakini kanalda batıb
İş yerlərində gender bərabərliyi mövzusunda tədbirlər keçirilib
“Reuters”: ABŞ və İran arasında memorandum bazar günü Cenevrədə imzalana bilər
Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib
Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Hacıqabul rayonunda iki günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb
Balakəndə 10 ton çətənə kolu məhv edilib
Cəbrayılda günəş elektrik stansiyasının tikilməsi üçün ayrılan torpaq sahəsi artırılıb
CNN: İsrail ABŞ-a İranın bloklanmış aktivləri ilə bağlı təzyiq göstərir
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
Polşanın Cənubi Qafqaz siyasəti: Strateji tərəfdaşlıqdan anti-Azərbaycan xəttinə doğru - TƏHLİL
Azərbaycanla Ekvador qarşılıqlı diplomatik və xidməti pasport sahiblərini viza tələbindən azad edir
Qarabağda yanğına qarşı qabaqlayıcı tədbirlərlə bağlı regional müşavirə keçirilib
CENTCOM: İrana qarşı blokadanı yarmağa çalışan 136 gəminin istiqaməti dəyişdirilib
Azərbaycanda hissedilən zəlzələ baş verib, dağıntı olmayıb - YENİLƏNİB-2
Bakı Limanında quru yük aşırılması 77% artıb
Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edib
Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
Brüsseldə eqoların savaşı: Ursula Fon der Lyayen-Kaja Kallas qarşıdurması dərinləşir - TƏHLİL
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
TƏBİB tabeli 4 xəstəxanada yoxlama aparılır
Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub - FOTO
Xüsusi nümayəndə: Kəlbəcərdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biridir
Son iki ayda xəstəxanalarda aparılan yoxlamalar nəticəsində 31 nəfər məsuliyyətə cəlb edilib
Xüsusi qabiliyyət imtahanlarına start verilir
Media nümayəndələri üçün insan hüquqlarının qorunmasına dair sessiya keçirilib - FOTO
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Seyran Ohanyan məhkəməyə məcburi gətiriləcək
Zakir Fərəcov növbəti səyyar qəbul keçirib
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Zəngilanda müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir