Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 35% artıb

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 35% artıb
# 18 may 2010 09:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il aprelin 1-i vəziyyətinə Azərbaycanda əhali tərəfindən banklara yerləşdirilmiş əmanətlərin həcmi 2,4 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 980,7 mln. manatı və ya 40,9%-i milli, 1 414,3 mln. manatı isə xarici valyuta şəklində qoyulub. Özəl banklarda yerləşdirilmiş vəsaitlər əmanətlərin ümumi həcminin 76,8%-ni təşkil edib.

Qeyd edək ki, 2010-cu ilin aprel ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,80 manat, 100 Rusiya rubluna 2,75 manat, 1 avroya 1,08 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,80 manat, 2,71 manat və 1,10 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR