Bank Of Baku

Azərbaycanda IPI indeksi apreldə azalıb

Azərbaycanda IPI indeksi apreldə azalıb
# 18 may 2010 10:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2010-cu ilin aprel ayında 100,8% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks cari ilin martında 113%, fevralda 85%, yanvarda isə 106%-ə bərabər olub. Beləliklə, fevralda baş vermiş kəskin azalmadan sonra mart ayında sənaye istehsalında yenidən canlanma müşahidə olunub, apreldə isə bu sahədə müəyyən zəifləmə baş verib.

IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə faizlə ifadə olunan nisbəti kimi ölçülür. Belə ki, indeks aprel ayında istehsal edilmiş məhsulun dəyərinin (2,459 mlrd. manat) martda istehsal edilmiş məhsulun dəyərinə (2,440 mlrd. manat) bölünməsi ilə hesablanıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yanvar-aprel aylarında ölkə sənayesində əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,2% çox və ya 9,6 mlrd. manat həcmində məhsul istehsal olunub və xidmətlər göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR