Bank Of Baku

İran Azərbaycanda sığorta şirkəti açmaq niyyətindədir

İran Azərbaycanda sığorta şirkəti açmaq niyyətindədir
# 18 may 2010 10:11 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti Hüquq Departamentinin direktoru Əfqan Mirzəyev bildirib.

Ə.Mirzəyevin sözlərinə görə, ötən iclaslardan fərqli olaraq, növbəti toplantıda İran tərəfi «Azərsığorta»nın «Azər-Asiya» sığorta şirkətindəki 51%-lik payının alınması təklifini irəli sürəcək.

Qeyd edək ki, sonuncu dəfə keçirilən iclasda şirkətin ləğvinə dair komissiyanın yaradılmasına iranlı səhmdarlar razılaşmayıblar. Səsverməyə iranlı səhmdarlar qatılmadığı üçün ləğvetmə komissiyasının yaradılmasında yetərsay olmayıb.

Xatırladaq ki, 2008-ci ilin fevral ayının 11-də Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətinin uzadılmasından imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluğu olub.

İranlı səhmdarlar yol verilmiş nöqsanları aradan qaldırmağa, həmçinin şirkətin nizamnamə kapitalını 10 mln. manatadək artırmağa razıdırlar.

Xatırladaq ki, təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (51%) olan «Azər-Asiya» sığorta şirkəti 1997-ci ildən fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR