Bank Of Baku

Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayənin həcmi son bir ildə 41% artıb

Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayənin həcmi son bir ildə 41% artıb
# 18 may 2010 10:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatına 1 309,2 mln. ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41,1% çox xarici investisiya yönəldilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sərmayələrin 54,2%-i (709 mln. dollar) iqtisadiyyata birbaşa investisiyalar, 45,8%-i (599,8 mln. dollar) isə maliyyə kreditləri şəklində daxil olub. İqtisadiyyatın neft-qaz sektoruna yönəldilmiş birbaşa investisiyaların həcmi 44,3% artaraq 619 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR