Bank Of Baku

«VTB Bank Azerbaijan» son bir ildə aktivlərini 90% artırıb

«VTB Bank Azerbaijan» son bir ildə aktivlərini 90% artırıb
# 18 may 2010 12:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «VTB Group»una daxil olan «VTB Bank Azerbaijan» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 31,208 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan göstəricidən 89% çoxdur.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 25 dəfə genişlənərək 4,279 mln. manat, o cümlədən əhalinin əmanətləri 32 dəfə artaraq 4,030 mln. manat olub. Bankın kredit portfeli 2,8 dəfə artaraq 7,780 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 2,5 dəfə artaraq 124 min manat olub.

Eyni zamanda, bankın məcmu kapitalı 2,4 dəfə artaraq 23,994 mln. manata, o cümlədən nizamnamə kapitalı 3 dəfə artaraq 23,815 mln. manata çatıb.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 0,04% azalaraq 606,640 min manat, xərcləri isə 2,8 dəfə artaraq 1,549 mln. manata çatıb. Nəticədə, bank bu ilin yanvar-mart aylarını 942 min manat zərərlə başa vurub. Lakin ötən ilin I rübündə bank 51 min manat məbləğində mənfəət əldə edib.

Bu müddət ərzində bankın müştərilərinin sayı 48% azalaraq 233-ə, o cümlədən fiziki şəxslərin sayı 30% azalaraq 157-yə, hüquqi şəxslərin sayı isə 66% artaraq 76-ya çatıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən «VTB Bank Azerbaijan» ASC-yə bank lisenziyası 2009-cu il martın 19-da verilib. Bankın səhmdarları sırasında «VTB Bank» ASC (51%), «AtaHolding» Şirkətlər Qrupu (48,99%), bir sıra fiziki şəxslər (0,01%) var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR