Bank Of Baku

«NBC Bank» yeni aksiya keçirir

«NBC Bank» yeni aksiya keçirir
# 18 may 2010 12:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC təcili pul köçürmələri üzrə «NBC Bankla göndər, NBC Bankdan al!» adlı yeni aksiya çərçivəsində hədiyyələr təqdim edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, aksiyada iştrak etmək üçün sadəcə bankın istənilən filialına yaxınlaşaraq vəsaiti təcili pulköçürmə sistemi üzrə göndərmək lazımdır.

Xatırladaq ki, «NBC Bank» ASC dünyanın istənilən nöqtəsinə ən qısa vaxt ərzində təcili pul köçürmələrini həyata keçirir. Bank 200-dək ölkəni əhatə edən beynəlxalq pul köçürmələri sistemləri üzrə xidmətlər təklif edir. Müştərilərə təqdim olunan xidmətin keyfiyyətinin artırılması və müştərilərin ehtiyaclarının tam şəkildə qarşılanması üçün «NBC Bank» hazırda 7 beynəlxalq sistemlə («Migom», «Bıstraya Poçta», «Privat Money», «Western Union», «Contact», «Xpress Money» və «Lider») əməkdaşlıq edir. Həmçinin, bank daha iki analoji sistemə - «Allure» və «Zolotaya Korona» sistemlərinə qoşulmağı planlaşdırır.

Xatırladaq ki, «NBC Bank» ASC 1992-ci ilin dekabrında «Ruzi» Komersiya Bankı adı ilə fəaliyyətə başlayıb. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 46,343 mln. manat, kredit portfeli 39,184 mln. manat, depozit portfeli 6,777 mln. manata, məcmu kapitalı 16,807 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,598 mln. manat təşkil edib. Bankın ölkə üzrə 7 filialı, 5 bankomatı və 44 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR