Bank Of Baku

«Amrah Sığorta» nizamnamə kapitalını artırır

«Amrah Sığorta» nizamnamə kapitalını artırır
# 18 may 2010 12:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Bakı Fond Birjasında (BFB) «Amrah Sığorta» ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 7,5 min ədəd, emissiyanın ümumi həcmi isə 1,5 mln. manat təşkil edir.

Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 75% artaraq 3,5 mln. manata çatacaq. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» şirkəti çıxış edir.

Xatırladaq ki, təsisçisi 2 fiziki şəxs olan «Amrah Sığorta» şirkəti Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR