Bank Of Baku

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı Direktorlar Şurasının illik toplantısında iştirak edib

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı Direktorlar Şurasının illik toplantısında iştirak edib
# 18 may 2010 14:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Zaqrebdə (Xorvatiya) keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Direktorlar Şurasının XIX illik toplantısında iştirak edib. Azərbaycan İqstiadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanı ölkənin iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə çıxış edən Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar və qazanılmış uğurları toplantı iştirakçılarının diqqətinə çatdırıb və qeyd edib ki, qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, keçirilən məqsədyönlü tədbirlər böhranın Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirib. Benlə ki, 2009-cu ildə ÜDM-in real artımı 9,3% təşkil edib. Azərbaycanda beynəlxalq maliyyə institutları, o cümlədən AYİB-lə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verildiyini vurğulayan nazir AYİB-in Azərbaycanda həyata keçirilən layihələrdə iştirakını yüksək qiymətləndirib, AYİB-i özəl sektoru dəstəkləməkdə daha fəal olmağa dəvət edib.

AYİB-in Direktorlar Şurasının XIX illik toplantısı çərçivəsində həmçinin Azərbaycan üzrə təqdimat da keçirilib. Təqdimatda ölkə iqtisadiyyatının hazırkı vəziyyəti, sosial-iqtisadi inkişafın prioritetləri, regional inteqrasiya məsələləri, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq və ölkədəki biznes imkanları barədə məlumat verilib.

Səfər çərçivəsində Ş.Mustafayev həmçinin AYİB-in yüksək vəzifəli rəsmiləri ilə görüşüb. Görüşlərdə 2010-cu ilin I rübündə Azərbaycan iqtisadiyyatının inkişaf göstəriciləri, dünyadakı maliyyə böhranı şəraitində həyata keçirilən tədbirlər, Dövlət Proqramları ilə bağlı fikir mübadiləsi aparılıb, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR