Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən pulu xidmətlərin həcmi yanvar-aprel aylarında 10,5% artıb

Azərbaycanda əhaliyə göstərilən pulu xidmətlərin həcmi yanvar-aprel aylarında 10,5% artıb
# 19 may 2010 06:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əhaliyə 1 324,9 mln. manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,5% çox pullu xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 74,4%-ni hüquqi şəxslərin müəssisələri təmin edib. Bu sektorun müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2009-cu ilin yanvar-aprel aylarının səviyyəsini 9,8% üstələyərək 1 049,6 mln. manata çatib.

Hesabat dövründə xidmət müəssisələrində hər bir ölkə sakini hər ay orta hesabla 37,2 manatlıq və ya 5,8 manat çox müxtəlif növ pullu xidmətlərdən istifadə edib. Artımın 4,4 manatı (75,9%-i) hüquqi şəxs statuslu müəssisələr üzrə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR