Azərbaycan Dövlət Neft Fondunun başçısı Şahmar Mövsümov: «İstənilən valyuta gəlirlərinin yüksək səviyyədə idarəetməsini təşkil etməyə qadirik» - MÜSAHİBƏ
- ARDNF-in yaradılmasından 10 il ötdü. Ötən müddətdə fondun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bu illər ərzində Neft Fondu bir çox şeylərə nail olub. ARDNF hazırda nəinki Azərbaycanda, hətta xaricdə də şəffaf və effektiv maliyyə korporasiyası kimi tanınan bir təşkilatdır. Fond əməliyyatlarının şəffaflığına, informasiya idarəetməsinə və açıqlığına görə ən yaxşı nümunələrdən biri sayılır. Təəccüblü deyil ki, Azərbaycan Neft Fondu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün reallaşmasında lider sayılır. Hətta bu məsələdə Azərbaycan bütün dünyada qlobal liderdir. Bu gün biz bu Təşəbbüsün bütün tələblərini tam yerinə yetirən yeganə ölkəyik və digər 30 namizəddən fərqli olaraq, onun tamhüquqlu üzvüyük.
- ARDNF-in ötən müddətdəki fəaliyyətini təhlil edərkən onun hazırkı formada – bir tərəfdən gələcək nəsillər üçün vəsait toplayan, digər tərəfdənsə bir sıra büdcə layihələrini maliyyələşdirən fond kimi yaradılmasını nə dərəcədə doğru sayırsınız?
- Məlum olduğu kimi, Azərbaycanda Neft Fondunun yaradılmasının əsas məqsədlərindən biri neft müqavilələrinin reallaşması çərçivəsində neft və qaz satışından alınan gəlirlərin toplanmasıdır. Hazırda bu məqsəd uğurla həyata keçirilir və Fondun aktivləri ildən-ilə artır. Aprelin 1-nə olan məlumata əsasən, Fondun aktivləri 16,2 mlrd. dollar təşkil edib. ARDNF-in yaradılmasının digər məqsədi ölkənin sosial və iqtisadi tələblərini nəzərə alaraq Fondun vəsaitlərinin hazırkı nəslin ehtiyaclarının ödənilməsinə sərf edilməsidir. Bu məqsəd də uğurla həyata keçirilir. ARDNF-in nizamnaməsinə əsasən, onun vəsaitləri ölkənin sosial-iqtisadi inkişafı məqsədilə, ümummilli tapşırıqların həlli, strateji əhəmiyyətli infrastruktur obyektlərinin yaradılması və bərpası üçün istifadə edilir.
- Fondun investisiya strategiyasını nə dərəcədə optimal saymaq olar?
- Neft Fondu uzun müddət ərzində konservativ investisiya siyasəti həyata keçirib. ARDNF-in aktivləri investisiya kredit reytinqi ilə dövlət və korporativ qiymətli kağızlara sərmayə qoyulur. Bu strategiya qlobal böhran dövründə özünü doğrultdu və bir çox məşhur investisiya şirkətlərindən fərqli olaraq, Neft Fondu ili mənfəətlə başa vurdu.
- Fondun səhm portfelində iri xarici şirkətlərin səhmlərinin peyda olması realdırmı?
- Yaxın vaxtlara qədər Neft Fondunun portfeli əsasən konservativ investisiya aktivlərindən – depozitlərdən, dövlət və korporativ istiqrazlardan ibarət idi. Hazırda Neft Fondu beynəlxalq maliyyə bazarındakı canlanmanı nəzərə alaraq daha riskli və mənfəətli sahələrə, o cümlədən şirkətlərin səhmlərinə investisiya qoymaqla portfelin diversifikasiyası variantlarını nəzərdən keçirir.
- Xarici valyuta konyunkturası Fondun valyutalar üzrə aktivlərinin strukturunda dəyişikliyə səbəb ola bilərmi, yoxsa bu gün üçün o daha optimaldır?
- Bazardakı qısamüddətli və ya ortamüddətli konyunkturadan asılı olaraq strateji valyuta kompozisiyasının kardinal dəyişikliyi yanlış yanaşmadır. Neft Fondunun investisiya portfelinin valyuta səbəti müəyyən edilərkən vəsaitlərin əsas dünya valyutaları arasında balanslaşdırılmış şəkildə yerləşdirilməsi haqda strateji qərar qəbul olunmuşdu. Hazırda sözügedən valyuta kompozisiyasının kardinal dəyişikliyi məsələsinə baxılmır.
- Fondun sənaye sahəsinin daxili investoruna çevrilməsi mümkündürmü?
- Müvafiq normativ aktlara əsasən, ARDNF-in aktivləri ölkənin daxilində investisiya kimi istifadə oluna bilməz. Əslində Fondun yaradılmasının səbəblərindən biri sterilizasiya, dövlətin neft gəlirlərinin bir hissəsinin xarici maliyyə bazarlarına yönəldilməsi və bununla da ölkə iqtisadiyyatının pulla ifrat yüklənməsinin qarşısını almaq olub.
- Fondun xarici maliyyə bazarında yalnız minoritar, passiv investor kimi iştirak etməsi strategiyasını diqtə edən nədir?
- Bu mənada Neft Fondunun strategiyası dünya maliyyə bazarında fəaliyyət göstərən əksər investisiya fondlarının yanaşmasını əks etdirir. Məsələ bundadır ki, hətta bir iri şirkətə əhəmiyyətli investisiya qoyulması və onun nəhəng səhm paketi daşıyıcısına çevrilməsi istər şirkətin nəzarət və qiymətləndirilməsi sahəsində, istərsə də qərarların qəbulu sahəsində səlahiyyət və məsuliyyətin yeni səviyyəsini nəzərdə tutur. Bütün bunlar əhəmiyyətli dərəcədə kadr və infrastruktur ehtiyatları tələb edir. Fondun isə hazırda belə bir ehtiyatları yoxdur.
- Fond, məsələn, «Qızıl müqaviləsi»nin reallaşmasından gələn gəlirləri idarə etməyə hazırdırmı?
- Fəaliyyət göstərdiyi 10 il ərzində Fond valyuta ehtiyatlarının idarə olunması sahəsində böyük təcrübə toplayıb. Fondda beynəlxalq maliyyə bazarlarında valyuta portfellərini idarə etməyə qadir olan peşəkarlar komandası yaradılıb. Bununla əlaqədar olaraq neft və ya qızıl satışından gəlməsindən asılı olmayaraq, Fond valyuta ehtiyatlarının idarə edilməsini yüksək səviyyədə yerinə yetirməyə qadirdir.
- Azərbaycan Neft Fondunu yaxın 3, 5, 10 il ərzində necə görürsünüz?
- Bir neçə ildən sonra Neft Fondunun malik olduğu valyuta ehtiyatları bir neçə dəfə artacaq. Bu isə xarici aktivlərdə vəsait yerləşdirməklə Fondun investisiya fəaliyyətinin genişləndirilməsinin əsas amildir. Proqnozlara əsasən, 3, 5, 10 ildən sonra Fondun aktivləri müvafiq olaraq 30, 50 və 100 mlrd. dollar olacaq. Bunun nəticəsində ARDNF-in vəsaitlərinin idarə edilməsindən gələn gəlirlərin həcmi də artacaq və beləliklə, Fond dövləti stabil illik daxilolmalarla təmin edən yüksək gəlirli təşkilata çevriləcək.
Maliyyə
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib
Xəbər Lenti
Tramp Əraqçinin İran və ABŞ-ın razılaşmanı imzalamağa yaxın olduğuna dair mövqeyini bölüşür
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
DÇ-2026: ABŞ ilk matçına çıxır
Əraqçi: ABŞ-la razılaşma heç vaxt olmadığı qədər yekunlaşmağa yaxındır
Katz: İsrail Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarından çəkilməyəcək
Gədəbəyə diametri 11 mm olan dolu düşüb - FAKTİKİ HAVA
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin inkişafı üzrə İşçi Qrupu yaradılıb
Putin: Rusiya Ukraynaya qarşı cavab zərbələrini artıracaq
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib - VİDEO
İRİA: Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi imkanları genişləndirilib
Hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib
Rüfət Səfərova hökm oxunub
Netanyahu Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Qusar sakini çayda boğulub, nəvəsini polis xilas edib - VİDEO - FOTO
Tramp Tehranı razılaşma ilə bağlı yalan məlumat yaymaqda günahlandırıb: İranla xoş niyyətlə danışıq mümkün deyil
Kürdəmirdə 28 yaşlı oğlan kanalda boğulub
Beyləqan sakini kanalda batıb
İş yerlərində gender bərabərliyi mövzusunda tədbirlər keçirilib
“Reuters”: ABŞ və İran arasında memorandum bazar günü Cenevrədə imzalana bilər
Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib
Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Hacıqabul rayonunda iki günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb
Balakəndə 10 ton çətənə kolu məhv edilib
Cəbrayılda günəş elektrik stansiyasının tikilməsi üçün ayrılan torpaq sahəsi artırılıb
CNN: İsrail ABŞ-a İranın bloklanmış aktivləri ilə bağlı təzyiq göstərir
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
Polşanın Cənubi Qafqaz siyasəti: Strateji tərəfdaşlıqdan anti-Azərbaycan xəttinə doğru - TƏHLİL
Azərbaycanla Ekvador qarşılıqlı diplomatik və xidməti pasport sahiblərini viza tələbindən azad edir
Qarabağda yanğına qarşı qabaqlayıcı tədbirlərlə bağlı regional müşavirə keçirilib
CENTCOM: İrana qarşı blokadanı yarmağa çalışan 136 gəminin istiqaməti dəyişdirilib
Azərbaycanda hissedilən zəlzələ baş verib, dağıntı olmayıb - YENİLƏNİB-2
Bakı Limanında quru yük aşırılması 77% artıb
Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edib
Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
Brüsseldə eqoların savaşı: Ursula Fon der Lyayen-Kaja Kallas qarşıdurması dərinləşir - TƏHLİL
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
TƏBİB tabeli 4 xəstəxanada yoxlama aparılır
Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub - FOTO
Xüsusi nümayəndə: Kəlbəcərdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biridir
Son iki ayda xəstəxanalarda aparılan yoxlamalar nəticəsində 31 nəfər məsuliyyətə cəlb edilib
Xüsusi qabiliyyət imtahanlarına start verilir
Media nümayəndələri üçün insan hüquqlarının qorunmasına dair sessiya keçirilib - FOTO
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir