Bank Of Baku

Azərbaycanda əhalinin adambaşına gəlirləri yanvar-aprel aylarında 7,4% artıb

Azərbaycanda əhalinin adambaşına gəlirləri yanvar-aprel aylarında 7,4% artıb
# 19 may 2010 07:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əhalinin adambaşına gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4% artaraq 823,1 manata çatıb və ayda orta hesabla 205,8 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində əhali tərəfindən əldə edilmiş 7,3 mlrd. manatlıq gəlirin 71%-i son istehlaka, 10,2%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 17,1%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 6,6 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 9,2% cox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR