Bank Of Baku

«Texnikabank» son bir ildə depozit portfelini 48% artırıb

«Texnikabank» son bir ildə depozit portfelini 48% artırıb
# 19 may 2010 08:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2010-cu il may ayının 1-nə 471,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqaisədə 6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 1% artaraq 347,3 mln. manata, depozit portfeli isə 47,9% artaraq 201,39 mln. manata çatıb.

Bu müddət ərzində bankın nizamnamə kapitalı 99,5% artaraq 53,7 mln. manat təşkil edib.

Qeyd edək ki, bankın emissiya etdiyi plastik kartların sayı 44 847 ədəd, bankomatların sayı 57 ədəd, POS-terminalların sayı isə 348 ədəd təşkil edir.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildə təsis olunub və hazırda ölkənin bank sektorunda əsas göstəricilərə görə ilk beşlikdə qərarlaşıb. Özəl banklar arasında ən geniş filial şəbəkəsinə malik olan bankın Bakı şəhəri və regionlarda yerləşən 35 filial və 5 şöbəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR