Bank Of Baku

Azərbaycanın AZIPS hesablaşmalar sistemi üzrə aparılan ödənişlərin həcmi 3% azalıb

Azərbaycanın AZIPS hesablaşmalar sistemi üzrə aparılan ödənişlərin həcmi 3% azalıb
# 19 may 2010 08:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2010-cu ilin aprel ayında 6 195 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin mart ayı ilə müqayisədə bu göstərici 200 mln. manat və ya 3,1% azalıb.

Qeyd edək ki, ödənişlərin sayında isə artım müşahidə olunub. Belə ki, 2010-cu ilin martında 29 min ödəniş aparılmışdırsa, aprel ayında bu göstərici 34 minə bərabər olub.

Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) ödənişlərin həcmi aprel ayında 510 mln. manata bərabər olub ki, bu da martla müqayisədə 48 mln. manat və ya 10,4% çoxdur. Ödənişlərin sayı isə apreldə 0,3% artaraq 889 minə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR