Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankının qiymətləndirici missiyası Azərbaycana gələcək

Avropa Yenidənqurma və İnkişaf Bankının qiymətləndirici missiyası Azərbaycana gələcək
# 19 may 2010 09:35 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə AYİB-in Bakı ofisindən məlumat verilib.

«İyun ayının 4-dək davam edəcək səfər çərçivəsində AYİB-in 9 nəfərdən ibarət nümayəndə heyəti dövlət başçısı ilə görüşəcək, həmçinin bir sıra nazirlik, qeyri-hökumət təşkilatları və aparıcı müxalifət partiyalarında da görüşlər keçirəcək. Bankın nümayəndə heyətinə daxil olan şəxslər AYİB-in Direktorlar Şurasında çalışan təmsilçilərdir», - deyə AYİB-in Bakı ofisindən bildiriilb.

Bu növ missiyalar hər 3-4 ildən bir AYİB-in müxtəlif üzv-ölkələrinə səfər edir. Səfərin məqsədi isə bank tərəfindən həmin ölkədə həyata keçirilən layihələrin gedişatı və ümumiyyətlə AYİB-in bu ölkədəki fəaliyyətinin effektivliyini müəyyənləşdirməkdir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1,5 mlrd. dolları olan 110 layihəni maliyyələşdirib. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorunun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR