Bank Of Baku

«AFB Bank»ın yeni filialı açılıb

«AFB Bank»ın yeni filialı açılıb
# 19 may 2010 10:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AFB Bank» ASC-nin (əvvəlki «Azfinansbank») Bakıda daha bir filialı fəaliyyətə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, paytaxtın Xəqani küçəsi,21 ünvanında yerləşən filialda müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma kassa-hesabı, cari hesabların açılması, kredit-depozit və pulköçürmə əməliyyatları, həmçinin plastik kartlarla iş və valyuta mübadiləsi xidmətləri göstərilir.

Qeyd edək ki, hazırda bankın Bakıda iki və Qəbələ rayonunda bir filialı fəaliyyət göstərir.

Xatırladaq ki, səhmdarı «Gilan Holding» Şirkətlər Qrupu olan «AFB Bank» ASC-yə bank fəaliyyəti ilə bağlı lisenziya 2008-ci ilin noyabrın 30-da verilib. Ötən ilin fevral ayından bank rəsmi fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR