Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin profisiti I rübdə kəskin artıb

Azərbaycan dövlət büdcəsinin profisiti I rübdə kəskin artıb
# 19 may 2010 10:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2 446,2 mln. manat, xərcləri isə 1 979,1 mln. manat təşkil edib. Büdcənin icrasında yaranmış 467,1 mln. manatlıq profisit ümumi daxili məhsulun 4,9%-ni təşkil edib.

Dövlət Statisti Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin I rübündə büdcə gəlirləri 3%, xərcləri 15,7% azalıb, profisit isə 2,7 dəfə artıb.

Hesabat dövründə vergi gəlirlərinin 36,8%-i əlavə dəyər vergisi, 30,8%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 10,9%-i fiziki şəxslərin gəlir vergisi, 10,2%-i aksiz vergisi, 4,7%-i isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olub.

Büdcə xərclərinin 707,6 mln. manatı (35,8%-i) iqtisadiyyata investisiya qoyuluşuna, 342 mln. manatı (17,3%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 299,2 mln. manatı (15,1%-i) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə sərf edilib.

Xərclərin 37,5%-ni (742,1 mln. manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10,015 mln. manat, xərcləri isə 11,264 mln. manat məbləğində təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR