Bank Of Baku

«Alfa Sığorta» şirkətinin yeni strateji planı hazırlanıb

«Alfa Sığorta» şirkətinin yeni strateji planı hazırlanıb
# 19 may 2010 12:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Alfa Sığorta» şirkətinin 2011-2015-ci illər üçün strateji planı hazırlanıb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin Direktorlar Şurasının sədri Xəyal Məmmədxanlı bildirib.

X.Məmmədxanlının sözlərinə görə, 5 illik strateji planda qısa müddət ərzində sığorta şirkətləri sırasında ilk onluğa daxil olmaq və bütün regionları əhatə etməklə filial şəbəkəsini genişləndirmək nəzərdə tutulub: «Burada konkret olaraq maliyyə göstəriciləri hədəf kimi seçilməyib».

X.Məmmədxanlı bildirib ki, strateji planda Azərbaycanda ilk dəfə olaraq xüsusi satış sisteminin yaradılması da nəzərdə tutulub.

Xatırladaq ki, təsisçisi «Texnikabank» olan «Alfa Sığorta» şirkəti (əvvəlki «Murad Insurance») 1997-ci ildən fəaliyyət göstərir. Şirkət 21 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR