Bank Of Baku

Avropa Mərkəzi Bankı yeni mənzil-qərargahın tikintisinə başlayır

Avropa Mərkəzi Bankı yeni mənzil-qərargahın tikintisinə başlayır
# 19 may 2010 14:42 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Mərkəzi Bankı (AMB) mayın 19-dan Frankfurt-Mayn (Almaniya) şəhərində yeni mənzil-qərargahın tikintisinə başlayır.

APA-Economics”in “The Wall Street Journal”a istinadən məlumatına görə, tikinti Avropa İttifaqının 16 ölkəsinə 850 mln. avroya (1 mlrd. dollar) başa gələcək.

AMB-nin mənzil-qərargahının 41 və 44 mərtəbəli iki qüllədən ibarət olacağı gözlənilir. İndiyədək bu ərazidə bazar yerləşib. Tikinti işlərinin 2014-cü ildə yekunlaşması planlaşdırılır.

Qeyd edək ki, 1998-ci ildə yaradılan AMB hazırda Frankfurt-Mayn şəhərinin maliyyə mərkəzində - özünün sələfi hesab olunan Avropa Pul-Kredit İnstitutunun 1994-cü ildən yerləşdiyi binada icarə əsasında fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR