Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tender keçirir

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tender keçirir
# 20 may 2010 07:24 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tender elan edib. «APA-Economics»in məlumatına görə, tender çərçivəsində komitənin inzibatı binasının yeni telefon stansiyası ilə təchiz edilməsi məqsədilə telefon stansiyası və telefon aparatlarının satın alınmas nəzərdə tutulur.

Tender proseduru iyulun 6-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin inzibati binasında keçiriləcək. İddiaçılar tender sənədlərini iyunun 25-dək, tender təkliflərini və bank təminatını isə iyulun 5-dək komitəyə təqdim etməlidir. İddiaçılar tenderdə iştirak etmək üçün 350 manat iştirak haqqı ödəməlidir.

Əlavə məlumat: (+994 12) 493 50 58 (233), 493 03 23 (faks).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR