Bank Of Baku

«Bank Respublika» «Ticarətin maliyyələşdirilməsi üzrə Azərbaycanın ən fəal bankı» elan edilib

«Bank Respublika» «Ticarətin maliyyələşdirilməsi üzrə Azərbaycanın ən fəal bankı» elan edilib
# 20 may 2010 09:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2009-cu ilin yekunlarına əsasən Azərbaycanın «Bank Respublika» ASC-ni «Azərbaycanda ticarətin maliyyələşdirilməsi üzrə ən fəal bank» mükafatına layiq görüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ildə «Bank Respublika» nəinki beynəlxalq ticarətdə öz aktiv mövqeyini, həmçinin «Azərbaycanda ticarətin maliyyələşdirilməsi üzrə ən fəal bank» adını qoruyub. Mükafat banka Zaqrebdə (Xorvatiya) ticarətin maliyyələşdirilməsi üzrə beynəlxalq konfransda təqdim edilib.

Qeyd edək ki, «Bank Respublika» ikinci il ardıcıl olaraq bu yüksək mükafatı alan Azərbaycanın yeganə bankıdır. Hesabat ilinin yekunlarına əsasən, bank ticarətin maliyyələşdirilməsi üzrə Yaponiya, Almaniya, İsveçrə, İtaliya və digər ölkələrlə çoxsaylı əməliyyatlar aparıb ki, bu əməliyyatların ümumi məbləği 20 mln. ABŞ dollarını ötüb.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında səhmdar kapitalının «25%+1 səhm» paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı - «DEG İnvestisiya Şirkəti» və «Sparkassen International Development Trust» təmsil olunur.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 334,484 mln. manat, depozit portfeli 153,807 mln. manat, kredit portfeli 177,032 mln. manat, məcmu kapitalı 56,049 mln. manat, o cümlədən nizamnamə kapitalı 30,578 mln. manat olub. Hazırda bankın ölkə üzrə 28 filialı, 44 bankomatı və 254 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR