Bank Of Baku

«Bank of Azerbaijan» bankomat şəbəkəsini genişləndirir

«Bank of Azerbaijan» bankomat şəbəkəsini genişləndirir
# 20 may 2010 09:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» ASC Bakıda daha 3 bankomat istifadəyə verib. Bununla da bankın quraşdırıdğı ATM-lərin ümumi sayı 25-ə çatıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni ATM-lər Azadlıq prospekti,125, Xoyski küçəsi,2A və R.Behbudov və Fizuli küçələrinin kəsişməsində yerləşən yeraltı keçiddə qraşdırılıb.

Qeyd edək ki, bankın mövcud bankomatların 13-ü paytaxtda, qalanı isə regionlarda yerləşir.

Xatırladaq ki, səhmdarları «NEM Holding» (1%) və iki fiziki şəxs (99%) olan «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 166,119 mln. manat, depozit portfeli 74,425 mln. manat, kredit portfeli 155,092 mln. manat, məcmu kapitalı 18,015 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib. Bankın ölkə üzrə 16 filialı və 149 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR