Bank Of Baku

Azərbaycan parlamenti mayın 25-də ötən ilki dövlət büdcəsinin icrası haqqında qanun layihəsini plenar iclasında müzakirə edəcək

Azərbaycan parlamenti mayın 25-də ötən ilki dövlət büdcəsinin icrası haqqında qanun layihəsini plenar iclasında müzakirə edəcək
# 20 may 2010 09:59 (UTC +04:00)
APA-nın xəbərinə görə, iclasda komitə sədri Ziyad Səmədzadə bildirib ki, parlamentə təqdim edilən bu sənəd mükəmməl hazırlanıb. Onun sözlərinə görə, 2009-cu ildə nəzərdə tutulan proqramların əsas hissəsi yerinə yetirilib.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov «2009-cu ilin dövlət büdcəsinin icrası haqqında» qanun layihəsinin «Büdcə sistemi haqqında» qanuna uyğun hazırlandığını deyib. Onun sözlərinə görə, ötən ilin büdcəsinin icrası dünyada hökm sürən maliyyə böhranı şəraitində yerinə yetirilib: «Qlobal maliyyə böhranı Azərbaycandan da yan ötməyib. Dövlət başçısının göstərişləri nəticəsində yerinə yetirilən tədbirlər hesabına böhranın təsirinin qarşısı alınıb. Azərbaycan iqtisadiyyatı belə bir şəraitdə dayanıqlığını nümayiş etdirib. Beynəlxalq təşkilatlar da Azərbaycandakı anti-böhran tədbirlərini yüksək qiymətləndirib».

Maliyyə naziri qeyd edib ki, 2009-cu ildə dövlət büdcəsinin mədaxil proqnozu 12 177 mln. manata qarşı 10 325,9 mln. manat və ya 84,8% icra olunub, bu da 2008-ci illə müqayisədə 436,8 mln. manat və ya 4,1% azdır. Büdcə gəlirlərinin 39,8%-i Vergilər Nazirliyi, 10,8%-i Dövlət Gömrük Komitəsi, 47,6%-i Dövlət Neft Fondu tərəfindən daxil olub: «2009-cu ildə Vergilər Nazirliyi tərəfindən proqnozun kəsirlə icra edilməsi neft sektorunda baş verən amillərlə bağlı olub. İlk növbədə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti üzrə 2009-cu ildə gündəlik hasilatın proqnozlaşdırılan səviyyədən 32% və ya 257,5 min barel aşağı olması qeyd edilməlidir. Eyni zamanda, 2009-cu ildə xam neftin orta ixrac qiyməti proqnozların tərtibi üçün nəzərdə tutulduğundan 7,9 dollar aşağı olub».

S.Şərifov bildirib ki, 2009-cu ildə dövlət büdcəsinin xərcləri 12 355 mln. manat proqnoza qarşı 10 503,8 mln. manat və ya 85% icra edilib.

Müzakirələrdən sonra sənəd parlamentin mayın 25-də keçiriləcək plenar iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR