Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində mal ehtiyatları indeksi azalıb

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində mal ehtiyatları indeksi azalıb
# 20 may 2010 11:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət müəssisələrindəki mal ehtiyatları indeksi 2010-cu ilin aprel ayı üzrə 100,8% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, mart ayı ilə müqayisədə bu göstərici apreldə 4,2 faiz bəndi azalıb.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında yaranmış mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır. Mal ehtiyatları indeksinin azalması pərakəndə ticarət şəbəkəsində satış həcminin artmasını və ya mal tədarükçülərindən alınan həcmin azalmasını əks etdirə bilər.

Qeyd edək ki, indeksin dinamikasına təsir edən amillərin hamısı dəqiq məlum olmadığına görə, tam araşdırma aparmaq mümkün deyil, çünki pərakəndə ticarətdə yerli istehsalla bərabər idxal malları da mövcuddur. Ümumilikdə isə vurğulamaq lazımdır ki, makroiqtisadi təhlilin dünya praktikasında mal ehtiyatlarının azalması ilk növbədə satışın artımı kimi qəbul olunur və bu səbəbdən müsbət göstərici kimi qiymətləndirilir. O cümlədən, neft və neft məhsulları ehtiyatlarının artması neft bazarına mənfi təsir edir və neft istehlakının azalması əlaməti kimi qiymətləndirilərək neftin qiymətinin enməsinə səbəb olur.

Xatırladaq ki, mal ehtiyatları indeksi martda 105%, fevralda 102,3%, yanvarda isə 88,3% təşkil edib. Beləliklə, yanvar ayı istisna olmaqla, 2010-cu il ərzində pərakəndə ticarətdə mal ehtiyatları həcminin tədricən artması müşahidə olunub, lakin indeks hələ də dekabrın sonuna olan göstəriciyə çatmayıb.

Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi yanvarın 1-nə 125,6 mln. manat, fevralın 1-nə 110,9 mln. manat, martın 1-nə 113,4 mln. manat, aprelin 1-nə 119,1 mln. manat, mayın 1-nə isə 120,1 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR