Bank Of Baku

Martda Azərbaycana idxal olunan malların qiymət indeksi 99,2% təşkil edib

Martda Azərbaycana idxal olunan malların qiymət indeksi 99,2% təşkil edib
# 20 may 2010 13:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayında Azərbaycana idxal olunan malların qiymət indeksi əvvəlki aya nisbətən 99,2%, MDB ölkələrindən idxal olunan mallar üzrə 98,8%, uzaq xaricdən idxal olunan mallar üzrə isə 99,4% təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, təsnif edilmiş emal mərhələləri üzrə idxal edilmiş mallardan investisiya mallarının qiymətləri 0,1%, istehlak malları 0,8%, aralıq məhsullarının qiymətləri isə 0,2% ucuzlaşıb.

Ölkədən ixrac olunan malların qiymət indeksi cari ilin mart ayında əvvəlki aya nisbətən 100,9%, o cümlədən MDB və uzaq xarici ölkələrə ixrac olunan mallar üzrə qiymət indeksi 100,9% təşkil edib.

Emal mərhələləri üzrə ixrac olunan mallardan investisiya mallarının qiymətləri 2,4%, aralıq məhsulların qiymətləri 0,5% bahalaşıb, istehlak mallarının qiymətləri isə 0,4% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR