Bank Of Baku

«AFB Bank» nizamnamə kapitalını kəskin artırır

«AFB Bank» nizamnamə kapitalını kəskin artırır
# 20 may 2010 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «AFB Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 062 manat, sayı 23 540 ədəd, emissiyanın ümumi həcmi isə 24 999 480 manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «AFB Bank»ın səhmlərinin yerləşdirilməsinə artıq may-iyun aylarında başlanacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə bankın nizamnamə kapitalı 94,2% artaraq 51 549 480 manata çatacaq.

Qeyd edək ki, 2009-cu ilin fevral ayından fəaliyyətə başlayan «AFB Bank»ın səhmdarı «Gilan Holding» Şirkətlər Qrupudur. Hazırda bankın nizamnamə kapitalı 26,550 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR