Bank Of Baku

Azərbaycanda bir neçə mikromaliyyə təşkilatı qiymətli kağızlarını birja listinqinə daxil etmək niyyətindədir

Azərbaycanda bir neçə mikromaliyyə təşkilatı qiymətli kağızlarını birja listinqinə daxil etmək niyyətindədir
# 20 may 2010 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjası (BFB) və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) birgə təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən mikromaliyyə təşkilatlarının nümayəndələri üçün kapital bazarları və fond birjasında listinq mövzusunda seminar keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, seminarda AMFA rəhbərliyi və assosiasiyanın üzvü olan əksər mikromaliyyə təşkilatları iştirak edib. Seminarda BFB-nin əməkdaşları tərəfindən iştirakçılara kapital bazarının biznesə faydası, eləcə də birjada listinqə düşməyin üstünlükləri və yolları barədə ətraflı məlumat çatdırılıb, müvafiq mövzularda müzakirələr aparılıb. Tədbirin yekununda bir neçə təşkilat qiymətli kağızlarını BFB-də listinqdə görmək istəyini səsləndirib və birja öz növbəsində bu istiqamətdə hər cür yardıma hazır olduğunu bəyan edib.

Qeyd edək ki, BFB ölkə iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən müəssisə və şirkətlərlə onların kapital bazarı barədə maarifləndirilməsi və bazara cəlb olunması istiqamətində davamlı iş aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR