Bank Of Baku

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsindəki müsbət saldo kəskin azalıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsindəki müsbət saldo kəskin azalıb
# 21 may 2010 06:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübü ərzində Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 801,1 mln. ABŞ dolları, o cümlədən ixrac 420,4 mln. dollar, idxal isə 380,7 mln. dollar təşkil edib. Nəticədə, 39,7 mln. dollar həcmində müsbət saldo yaranıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvar-mart aylarına nisbətən MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi 1,6 dəfə, o cümlədən ixrac 3,6 dəfə, idxal olunan məhsulların həcmi isə 0,3% artıb. Müsbət saldonun həcmi ötən ilin eyni dövrünə nisbətən 3,7 dəfə azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR