Bank Of Baku

«Standard Insurance» şirkəti nizamnamə kapitalını artırır

«Standard Insurance» şirkəti nizamnamə kapitalını artırır
# 21 may 2010 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Standard Insurance» ASC 2010-cu ilin iyun ayının 3-də adi sənədsiz adlı səhmlərinin yeni emissiyasının yerləşdirilməsinə başlayacaq.

Bakı Fond Birjasından ( BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 100 manat, sayı 30 min ədəd, emissiyanın ümumi həcmi isə 3 mln. manat təşkil edir.

Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Standard Capital» MMC çıxış edəcək. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 37,5% artaraq 11 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi «AB Standard» Şirkətlər Qrupu olan «Standard Insurance» şirkəti 2002-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 8 mln. manat olub. Şirkət hazırda 4 icbari və 20 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR