Bank Of Baku

Azərbaycandakı bankların aktivlər üzrə renkinqi

Azərbaycandakı bankların aktivlər üzrə  renkinqi
# 21 may 2010 07:21 (UTC +04:00)
Layihənin əsas məqsədi Azərbaycandakı bankların maliyyə-təsərrüfat fəaliyyəti və onun nəticələri haqqında ictimaiyyətin və potensial investorların məlumatlandırılmasıdır.

Layihənin ilk komponenti bankların aktivlər üzrə renkinqinin tərtib olunmasıdır. Aşağıdakı cədvəldə ölkədəki banklar 2010-cu il aprel ayının 1-nə olan aktivlərinin həcminə görə sıralanıb:

(mln. AZN)

Banklar

 

Aktivlər

1

Azərbaycan Beynəlxalq Bankı

5 256,951

2

Bank Standard

589,049

3

Xalq Bank

534,605

4

Kapital Bank

492,318

5

Texnikabank

452,621

6

Unibank

347,378

7

Bank Respublika

334,485

8

Paşa Bank

333,289

9

AccessBank

324,470

10

DəmirBank

281,802

11

AGBank

239,416

12

YapıKredi Bank Azerbaijan

219,517

13

AtaBank

201,110

14

Nikoil Bank

198,011

15

Bank of Baku

194,586

16

Zamin Bank

189,685

17

Bank of Azerbaijan

166,119

18

Muğan Bank

154,606

19

Royal Bank

149,346

20

Expressbank

139,951

21

Turanbank

119,793

22

Rabitabank

107,640

23

Azərbaycan Sənaye Bankı

106,434

24

Parabank

94,993

25

Amrahbank

81,496

26

Kredo Bank

56,322

27

Birlik Bank

53,648

28

Bank Avrasiya

49,346

29

NBC Bank

46,343

30

SilkWay Bank

46,179

31

Azər-Türk Bank

43,252

32

United Credit Bank

40,772

33

Gəncəbank

40,252

34

Melli İran Bankı - Bakı

37,299

35

Qafqaz İnkişaf Bankı

35,941

36

Atrabank

35,392

37

Deka Bank

33,133

38

Günaybank

33,083

39

VTB Bank Azerbaijan

31,208

40

Azərbaycan Kredit Bankı

23,039

41

Kövsər Bank

18,024

42

AFB Bank*

-

43

Pakistan Milli Bankı - Bakı*

-

44

Debut Bank*

-

45

Naxçıvan Bank*

-

46

EuroBank*

-

47

BTB Bank*

-



Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 47 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 41 bankın aktivləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.

Aktivlərin renkinqinə gəldikdə isə, gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Əsasən dövlət mülkiyyətində (50,2%) olan bu bankın aktivlərinin durmadan artması bankın inkişafı, filial şəbəkəsinin geniş olması, əsas dövlət qurumlarına xidmət göstərməsi və s. obyektiv səbəblərlə əsaslandırılır. Bu gün Azərbaycanda yalnız ABB-nin aktivlərinin həcmi milyard manatla (təqribən 6,543 mlrd. ABŞ dolları) ölçülür.

Cədvəldən göründüyü kimi, yalnız 13 bankın aktivlərinin həcmi 200 mln. manat (01.04.2010-cu il vəziyyətinə - 248,942 mln. ABŞ dolları), daha 10 bankın aktivləri 100 mln. manat həddini (124,471 mln. ABŞ dolları), 4 bankın aktivləri isə 50 mln. manat (62,235 mln. ABŞ dolları) həddini üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR