Bank Of Baku

Azərbaycanın əsas kapitalına daha çox sərmayə yatıran ölkələrin ilk onluğu müəyyənləşib

Azərbaycanın əsas kapitalına daha çox sərmayə yatıran ölkələrin ilk onluğu müəyyənləşib
# 21 may 2010 07:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın əsas kapitalına yönəldilmiş xarici investisiyalar üzrə siyahıya Böyük Britaniya başçılıq edir.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 257 909,9 min manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə Britaniya investisiyalarınsy həcmi 48,8% artıb.

Siyahıda ikinci yerdə ABŞ qərarlaşıb. Belə ki, yanvar-aprel aylarında ABŞ-ın Azərbaycanın əsas kapitalına yatırdığı investisiyaların həcmi 2009-cu ilin analoji dövrü ilə müqayisədə 11,4% artaraq 97 118,9 min manata çatıb.

Siyahıda üçüncü yerdə ötən ilki kimi Yaponiya, daha sonra Norveç və Türkiyə qərarlaşıb. Hesabat dövründə Yaponiya investorları tərəfindən Azərbaycanın əsas kapitalına 50 959,8 min manat (+43,5%), Norveç investorları tərəfindən 31 549,5 min manat (+41,8%), Türkiyə investorları tərəfindən isə 25 033,2 min manat (+41%) sərmayə yatırılıb.

Bununla yanaşı, 2010-cu ilin yanvar-aprel aylarında ölkənin əsas kapitalına investisiya yönəldən ölkələr siyahısının ilk onluğuna Səudiyyə Ərəbistanı və Rusiya daxil olub. Buna paralel olaraq isə İsveçrə və Qazaxıstan onluqdan kənarda qalıb.

Siyahının ilk onluğunu 14 773,8 min manat investisiya yönəldmiş Koreya, 1 937,2 min manatla Rusiya, 1 923,0 min manatla Səudiyyə Ərəbistanı, 1 854,3 min manatla Çexiya və 923,1 min manatla Fransa tamamlayır.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın əsas kapitalına yönəldilmiş xarici investisiyaların ümumi həcmi 524 983,8 min manat təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 38,7% çoxdur.

Azərbaycanın əsas kapitalına vəsait yatırmış investorların ilk onluğu

Ölkə

2010-cu ilin yanvar-aprel aylarında (min AZN)

Ümumi həcmdə
xüsusi çəki (%)

Böyük Britaniya

257 909,9

49,1

ABŞ

97 118,9

18,5

Yaponiya

50 959,8

9,7

Norveç

31 549,5

6,0

Türkiyə

25 033,2

4,8

Koreya Respublikası

14 773,8

2,8

Rusiya

1 937,2

0,4

Səudiyyə Ərəbistanı

1 923,0

0,4

Çexiya

1 854,3

0,3

Fransa

923,1

0,2

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR