Bank Of Baku

ABŞ Senatı Barak Obamanın maliyyə islahatı haqqında qanun layihəsini qəbul edib

ABŞ Senatı Barak Obamanın maliyyə islahatı haqqında qanun layihəsini qəbul edib
# 21 may 2010 08:51 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Senatı ölkənin maliyyə sisteminin islahatı haqqında Barak Obama administrasiyasının təklif etdiyi qanun layihəsini qəbul edib.

APA-Economics”in “Associated Press”ə istinadən məlumatına görə, qanun layihəsinin lehinə 59 senator səs verib. 39 senator isə onun əleyhinə çıxıb.

Sənədin qanun qüvvəsi alması üçün Nümayəndələr Palatasından keçməsi lazımdır. Bəzi analitiklər layihənin Palatada problemlə qarşılaşmayacağını və əhəmiyyətli düzəlişlər olunmadan qəbul ediləcəyini bildirirlər. Belə olarsa, Barak Obama iyulun 4-də qanun layihəsini imzalamaqla onu qüvvəyə mindirəcək.

Qeyd edək ki, Barak Obama administrasiyasının təklif etdiyi qanun layihəsi banklara maliyyə bazarlarında keçirilən əməliyyatlarda öz vəsaitləri ilə iştirak etməyi qadağan edir. Kredit fondları isə öz vəsaitləri hesabına yaradılmış hec-fondlara və ya özəl investisiya fondlarına malik olmaq hüququndan məhrum edilir.

Bundan başqa, sənəd bankların nəzarətdən kənar həcmdə böyüməsini məhdudlaşdırır. Çünki nəhəng təşkilatların iflas həddinə çatması bütün maliyyə sistemini darmadağın edə bilər. Layihədə istehlakçıların maliyyə maxinasiyalarından müdafiəsi üzrə agentliyin yaradılması da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR