Bank Of Baku

«CredAgro»nun müştəri bazası son bir ildə 50% genişlənib

«CredAgro»nun müştəri bazası son bir ildə 50% genişlənib
# 21 may 2010 09:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «CredAgro» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi 2010-cu ilin may ayının 1-nə 33,389 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin mayın 1-nə olan göstərici ilə müqayisədə 17,8% azdır.

«CredAgro»nun baş ofisindən «APA-Econonmics»ə verilən məlumata görə, hesabat dövründə təşkilatın müştərilərinin sayı 49% artaraq 21 689 nəfərə çatıb.

Bu müddət ərzində təşkilatlın məcmu kredit portfelində 11,986 mln. manat girovsuz biznes kreditləri, 9,380 mln. manat istehlak, 7,734 mln. manat ticarət, 1,466 mln. manat kənd təsərrüfatı, 0,856 mln. manat lizinq, 0,395 mln. manat istehsalat və 1,573 mln. manatlıq isə digər təyinatlı kreditlər ayrılıb.

Son bir il ərzində ticarət sektoruna verilən kreditlərin həcmi 38%, istehlakçılara verilən kreditlər 26%, girovsuz biznes kreditləri 15%, kənd təsərrüfatı kreditləri 6%, lizinq sahəsinə verilən kreditlər 6%, istehsalata 2%, digər sahələrə isə 7% artıb.

Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDI/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Təşkilatın respublika üzrə 14 filialı və 8 köməkçi ofisi var. «CredAgro» təşkilatı kreditləri illik 25-36% dərəcəsi ilə ayırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR