Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi gələn həftədən “Vergi və Hüquq” kursuna başlayacaq

Azərbaycan Bank Tədris Mərkəzi gələn həftədən “Vergi və Hüquq” kursuna başlayacaq
# 21 may 2010 11:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) “Beynəlxalq Diplomlu Peşəkar Mühasib” (CIPA - Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün bu ilin may ayının 26-dan “Vergi və Hüquq” kursuna başlayacaq.

ABTM-dən “APA-Economics”ə verilən məlumata görə, rus dilində tədris olunacaq kurslarda mühasiblər və biznes sahəsində qanunvericiliyi mükəmməl bilmək istəyən hər bir şəxs, o cümlədən hüquqşünaslar da iştirak edə bilər. İmtahanlar isə CIPA tərəfindən bu ilin iyul ayının 2-də Bakıda keçiriləcək.

Qeyd edək ki, kursda iştirak haqqı “Vergi və Hüquq” mövzusu üzrə 700 AZN təşkil edir (ƏDV daxil deyil). Eyni şəxs CAP proqramı üzrə ikinci və ya üçüncü dəfə kurslarda iştirak edirsə, onda həmin şəxsə iştirak etdiyi kursun qiymətində 25% güzəşt nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR