Bank Of Baku

Bu il «YapıKredi Bank Azerbaijan»ın əsas maliyyə göstəriciləri üzrə kəskin artım gözlənilir

Bu il «YapıKredi Bank Azerbaijan»ın əsas maliyyə göstəriciləri üzrə kəskin artım gözlənilir
# 21 may 2010 13:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» QSC-nin aktivlərinin həcminin 2010-cu il ərzində 57% artaraq 2011-ci ilin yanvar ayının 1-nə 240 mln. manata atacağı proqnozlaşdırılır. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Mustafa Coşkun Bulaq bildirib.

C.Bulağın sözlərinə görə, bankın aktivləri ilə yanaşı digər maliyyə göstəriciləri üzrə də müsbət dinamika proqnozlaşdırılır. Belə ki, bu il ərzində kredit portfelinin 2,7 dəfə artaraq 80 mln. manata, depozit portfelinin isə təxminən 4 dəfə genişlənərək 70 mln. manata çatdırılacağı gözlənilir.

C.Bulaq qeyd edib ki, 2010-cu ildə bankın ümumi gəlirlərinin 22 mln. manat, mənfəətin isə 10 mln. manat olacağı proqnozlaşdırılır. Bu isə 2009-cu ilin yekununda əldə edilən gəlirdən 57%, mənfəət isə təxminən iki dəfə çoxdur.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 5 filialı, 17 bankomatı və 70 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR