Bank Of Baku

Yaltada MDB-nin Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

Yaltada MDB-nin Beynəlxalq İnvestisiya Forumu keçiriləcək
# 21 may 2010 16:29 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. MDB Maliyyə-Bank Şurası Yalta (Ukrayna) şəhərində “Böhrandan sonra MDB ölkələrinin iqtisadiyyatlarının maliyyələşdirilməsi. Aktual problemlər. Yeni imkanlar” mövzusunda Beynəlxalq İnvestisiya Forumu keçirəcək.

Forumun mətbuat katibi Yelena Korotkova APA-ya bildirib ki, MDB İcraiyyə Komitəsinin dəstəyi ilə keçirilən tədbir bu ilin iyul ayının 1-4-də baş tutacaq.

Onun sözlərinə görə, forum iştirakçıları plenar iclaslarda və dəyirmi masalarda iqtisadiyyatın real sektorunda kredit və investisiya “aclığının” aradan qaldırılmasında MDB ölkələri banklarının real və perspektiv imkanlarını, MDB-də borc kaöitalı bazarlarının inkişafı və s. məsələləri müzakirə edəcəklər.

Forumda Ukraynanın baş naziri N.Azarov, MDB-nin icraçı katibi S.Lebedev, Rusiya maliyyə nazirinin müavini A.Savityuqin, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri C.Hacıyev, eləcə də MDB ölkələrinin bank və işgüzar dairələrinin nümayəndələri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR