Bank Of Baku

Maliyyə naziri Samir Şərifov: «Azərbaycan yeni reytinq dərəcəsindən səmərəli istifadə etmək niyyətindədir»

Maliyyə naziri Samir Şərifov: «Azərbaycan yeni reytinq dərəcəsindən səmərəli istifadə etmək niyyətindədir»
# 21 may 2010 19:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan «Fitch Ratings» beynəlxalq reytinq agentliyi tərəfindən ölkəyə verilən yeni reytinq dərəcəsindən səmərəli istifadə etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövlət istiqrazlarını beynəlxalq bazarlarda yerləşdirmək fikrindədir: «Borc verənlər öncədən borc alan ölkənin reytinqinə diqqət yetirir və reytinq yüksək olduqda borcalan tərəf vəsaiti daha aşağı faiz dərəcəsi ilə ala bilir. Ümumiyyətlə, biz «Fitch Ratings» beynəlxalq agentlik tərəfindən ölkəyə verilən yeni reytinq dərəcəsini öz xeyrimizə istifadə edəcəyik».

Nazir onu da bildirib ki, hazırda Azərbaycan dövlət istiqrazlarının xarici bazarlarda yerləşdirilməsi üçün hazırlıq işləri görür. Belə ki, Maliyyə Nazirliyi tərəfindən Azərbaycanın dövlət istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirməsinin təşkilinə dair keçirilən tenderdə ABŞ-ın «Citibank» və Almaniyanın «Duetche Bank» maliyyə təşkilatları qalib qəlib. Hazırda bu banklar Maliyyə Nazirliyi ilə birgə Azərbaycanın qiymətli kağızlarının yerləşdirilməsinin vaxtı, həcmi və yeri kimi məsələlər üzərində araşdırmalar aparır.

«Biz borc kağızlarını optimal şərtlərlə yerləşdirmək niyyətindəyik. Bu məqsədlə bu qiymətli kağızlar üzrə uzunmüddətli gəlirliyinin əyrisini müəyyənləşdirməliyik», - deyə S.Şərifov bildirib.

Qeyd edək ki, «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanın milli və xarici valyutada uzunmüddətli emitentin defoltu reytinqlərini «BB+» səviyyəsindən «BBB-» səviyyəsinə kimi yüksəldib. Həmçinin, Azərbaycanın ölkə həddi «BB+»dan «BBB-»dək və xarici valyutada qısamüddətli emitentin defolt reytinqi «B»-dən «F3»dək yüksəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR