Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Bu il Azərbaycanda orta illik inflyasiya 8,3% olacaq

İqtisadi Tədqiqatlar Mərkəzi: Bu il Azərbaycanda orta illik inflyasiya 8,3% olacaq
# 22 may 2010 08:03 (UTC +04:00)
İTM-dən APA-ya verilən məlumata görə, tədqiqat nəticəsində məlum olub ki, 2010-cu ildə ölkədə orta illik inflyasiyanın səviyyəsi 8,3% olacaq.

Mərkəzin proqnozuna əsasən cari ilin iyun-iyul aylarında mövsümi dəyişikliklərlə əlaqədar deflyasiya qeydə alınsa da, bir sıra amillərin təsiri ilə onun səviyyəsi elə də yüksək olmayacaq. Bu ilin avqust ayından start götürəcək qiymət bahalaşması son nəticədə orta hesabla 8,3%-lik illik inflyasiyanın qeydə alınmasına gətirib çıxaracaq.

Ekspertlər hesablama apararkən iqlim dəyişiklikləri üzündən meydana gələn amillərin inflyasiya proseslərinə təsirlərini də nəzərə alaraq orta illik inflyasiyanın minimum və maksimum hədlərini də müəyyənləşdiriblər. Hesablamalara görə, güclü yağışlar, sel və daşqınlar nəticəsinsdə kənd təsərrüfatı məhsullarının istehsalında kəskin azalmalar baş verərsə, bu, ölkədə qiymətlərin daha sürətlə artmasına və sonda 10,05%-lik inflyasiyaya səbəb ola bilər. Əgər təbii fəlakətin nəticələri, həmçinin digər amillərin təsirləri böyük olmazsa, orta illik inflyasiya 7,1% təşkil edər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR