Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2,6 dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2,6 dəfə artıb
# 22 may 2010 10:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ölkələrlə apardığı ixrac-idxal əməliyyatları üzrə 4 485 197,3 min ABŞ dolları müsbət saldo yaranıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Ticarət dövriyyəsində yaranmış müsbət saldonun həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artıb. İlk 4 ay ərzində 118 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 8 007 870,3 min dollar olub. Bunun 6 246 533,8 min dollarını ixrac, 1 761 336,5 min dollarını isə idxal təşkil edib. Hesabat dövründə, o cümlədən Azərbaycana 8 567 min dollar dəyərində 714,7 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olub.

Ötən ilin ilk 4 ayına nisbətən ixrac əməliyyatlarının həcmi 76,49% artıb, idxal əməliyyatlarının həcmi isə 5,27% azalıb.

Müvəqqəti ixrac rejimində ölkə ərazisindən 45 094,9 min dollar dəyərində mal ixrac edilib, 115 949,8 min dollar dəyərində mal isə ölkəyə müvəqqəti idxal olunub.

İxracda əsas yeri xam neft (84,97%), neft məhsulları (6,71%), bitki və heyvan mənşəli yağlar (1,05%), idxalda isə maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri (27,44%), ərzaq məhsulları (16,12%), nəqliyyat vasitələri və onların hissələri (11,61%), qara metallar və onlardan hazırlanan məmulatlar (9,99%) və s. əmtəələr tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR