Bank Of Baku

«A-Group» sığorta şirkəti nizamnamə kapitalını 71% artırıb

«A-Group» sığorta şirkəti nizamnamə kapitalını 71% artırıb
# 24 may 2010 07:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkəti uzunmüddətli inkişaf inkişaf proqramı çərçivəsində nizamnamə kapitalını 71% artıraraq 2,650 mln. manata çatdırıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, inkişaf proqramına uyğun olaraq, şirkət növbəti il ərzində də nizamnamə kapitalını artırmaq niyyətindədir. Bu artım şirkətin 2010-cu il ərzində əldə edəcəyi mənfəət hesabına həyata keçiriləcək.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Hazırda «A-Group» sığorta şirkəti 14 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Bu ilin yanvar-aprel aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 4,217 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR