Bank Of Baku

Fars körfəzinin ərəb dövlətləri vahid valyutanın tətbiqi məsələsini təxirə salıblar

Fars körfəzinin ərəb dövlətləri vahid valyutanın tətbiqi məsələsini təxirə salıblar
# 24 may 2010 08:49 (UTC +04:00)
Bakı – APA-Economics. Fars körfəzinin ərəb dövlətlərinin Əməkdaşlıq Şurası bütün ölkələr üçün vahid valyutanın tətbiqi ideyasının müzakirəsini təxirə salıblar.

APA-Economics”in “France24” telekanalına istinadən məlumatına görə, bunu Ciddədə (Səudiyyə Ərəbistanı) keçirilən xarici işlər nazirlərinin görüşündə Küveytin xarici işlər naziri Şeyx Məhəmməd əs-Sabah bəyan edib.

Onun sözlərinə görə, Avropanın maliyyə problemlərini öyrənmədən valyuta ittifaqı ideyasını tələm-tələsik reallaşdırmaq məsuliyyətsizlik olardı: “Amma bu o demək deyil ki, kimsə vahid valyuta ideyasından imtina edir”.

Qeyd edək ki, Fars körfəzinin ərəb dövlətlərinin Əməkdaşlıq Şurasında Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Oman və Birləşmiş Ərəb Əmirlikləri təmsil olunur. Ötən il adı çəkilən ilk dörd dövlət 2013-cü ilə qədər vahid valyutanın tətbiqi barədə razılığa gəlib, bu ilin martında isə Valyuta Şurası yaradıblar. Oman və BƏƏ vahid valyuta ideyası ilə razılaşmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR