Bank Of Baku

Azərbaycanın xarici dövlət borcu aprelin 1-nə 3,440 mlrd. dolları ötüb

Azərbaycanın xarici dövlət borcu aprelin 1-nə 3,440 mlrd. dolları ötüb
# 24 may 2010 10:50 (UTC +04:00)
Xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti isə 8%-ə bərabər olub.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, aprelin 1-i vəziyyətinə istifadə olunmuş kreditlər üzrə adambaşına düşən xarici borc 381,3 dollar təşkil edib.

Hökumət və dövlət qurumları tərəfindən cəlb olunan kreditlərin əsas hissəsi investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı olub. Belə ki, bu cür kreditlərin həcmi 3 126,38 mln. dollar və ya ümumi xarici borcun 90,88%-ni təşkil edib. Həmin məbləğin 39,69%-i və yaxud 1 365,44 mln. dolları elektrik enerjisi sektoruna, 3,65%-i (125,56 mln. dollar) kənd təsərrüfatı, 26,55%-i (913,1 mln. dollar) yol tikintisi və nəqliyyat, 8,95%-i (307,98 mln. dollar) su təchizatı və meliorasiya, 5,78%-i (198,93 mln. dollar) neft, qaz və kimya, 4,37%-i (150,27 mln. dollar) sosial, 1,89%-i isə (65,11 mln. dollar) digər sahələrdə layihələrin maliyyələşdirilməsinə sərf olunub.

İqtisadi islahatlara yönəldilən xarici kreditlərin məbləği isə 313,91 mln. dollar (xarici borcun 9,12%-i) təşkil edib. Bu məbləğin 256,37 mln. dolları (7,45%-i) Dünya Bankı, 57,54 mln. dolları isə (1,67%-i) Beynəlxalq Valyuta Fondu tərəfindən ayrılıb.

Ümumiyyətlə, bu il istifadə edilən kreditlərin həcmi aprelin 1-i vəziyyətinə 154,3 mln. dollar təşkil edib. Bununla yanaşı, 2010-cu ilin I rübü ərzində xarici borca xidmətlə əlaqədar xərclərin həcmi 39,3 mln. dollar təşkil edib ki, bunun 31 mln. dolları əsas borc, 8,3 mln. dolları isə hesablanmış faizlərin payına düşüb.

Qeyd edək ki, I rüb ərzində xarici borca xidmətlə əlaqədar ödənilmiş vəsaitin 20,9 mln. dolları dövlət büdcəsi hesabına həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR