Bank Of Baku

«Bank Avrasiya» veb-saytında onlayn ödəniş sistemini tətbiq edib

«Bank Avrasiya» veb-saytında onlayn ödəniş sistemini tətbiq edib
# 24 may 2010 12:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC-nin veb-saytında (www.bankavrasiya.az) müştərilər üçün onlayn ödəmələrin aparılması imkanı yaradıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bütün «Visa» və «MasterCard» plastik kart sahibləri heç bir yerə getmədən veb-sayta daxil olaraq real vaxt rejimində müxtəlif növ xidmətlər üzrə ödəmələr həyata keçirə bilər. Bu sistem çərçivəsində müştərilər operativ olaraq kommunal, mobil rabitə, internet, telefon, kabel TV və sığorta xidmətləri üzrə ödənişlər apara bilər.

Qeyd edək ki, saytda «Onlayn ödəmələr» sistemi «AzeriCard» Prosesinq Mərkəzi ilə birgə yaradılıb.

Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Cari ilin aprel ayının 1-nə bakın aktivlərinin həcmi 49,346 mln. manat, depozit portfeli 22,046 mln. manat, kredit portfeli 20,028 mln. manat, məcmu kapitalı 20,290 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Hazırda bankın 1 filialı, 3 bankomatı və 28 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR