Bank Of Baku

Azərbaycan Risk Peşəkarları Assosiasiyası tələbələr üçün seminar keçirib

Azərbaycan Risk Peşəkarları Assosiasiyası tələbələr üçün seminar keçirib
# 24 may 2010 13:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) Xəzər Universitetinin İqtisadi Siyasət və İnkişaf Mərkəzində tələbələr üçün «Əməliyyat riskləri» mövzusunda seminar keçirib.

ARPA-dan «APA-Economics»ə verilən məlumata görə, seminarda «Əməliyyat riskləri» mövzusu ilə bağlı BSC, MBCS, CITP proqramları üzrə Qlobal Risk Peşəkarları Assosiasiyasının (GARP) Treninq xidməti əməkdaşı Qrem Skelli (Graeme Skelly) məruzə ilə çıxış edib. Məruzəsində əməliyyat, kredit, marketinq və bazar riskləri barədə geniş məlumatlar verən Q.Skelli tələbələrə həmçinin dünyada baş verən maliyyə böhranı şəraitində mövcud olan problemlərdən və onların həlli yollarından bilgilər verib.

Qeyd edək ki, Azərbaycanda risklərin idarə olunması üzrə ixtisaslaşmış vahid bir təşkilat olan ARPA bu tip seminarları universitetlərdə mütəmadi olaraq keçirir. Bundan başqa, Assosiasiya Azərbaycan Mərkəzi Bankı, beynəlxalq maliyyə institutları, audit şirkətləri, kommersiya bankları və digər aparıcı qurumların ekspertlərinin iştirakı ilə çoxsaylı dəyirmi masalar və seminarlar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR