Bank Of Baku

«Fitch Ratings» agentliyi Azərbaycan İpoteka Fondunun kredit reytinqi səviyyəsini artırıb

«Fitch Ratings» agentliyi Azərbaycan İpoteka Fondunun kredit reytinqi səviyyəsini artırıb
# 24 may 2010 14:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka Fonduna (AİF) yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə verilmiş stabil proqnozlu «BB» kredit reytinqini «BB+» səviyyəsinədək artırıb.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, «Fitch Ratings» bu barədə rəsmi məlumatında bildirir ki, AİF-in kredit reytinqinin artırılmasına səbəb Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə kredit reytinqinin bir pillə yüksəldilməsi olub.

Məlumatda həmçinin fondun dövlət təşkilatı olması, onun üzərində Azərbaycan Mərkəzi Bankı vasitəsilə dövlət nəzarətinin həyata keçirilməsi və dövlətin mənzil-yaşayış sahələrinin maliyyələşdirilməsi siyasətində Fondun əhəmiyyətli rolu vurğulanır. Eyni zamanda fondun kredit reytinqinin artırılmasının dövlət tərəfindən göstərilən dəstək mexanizmlərindən bilavasitə asılı olacağı vurğulanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR