Bank Of Baku

«Expressbank» filial şəbəkəsini genişləndirib

«Expressbank» filial şəbəkəsini genişləndirib
# 24 may 2010 14:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gündən etibarən Azərbaycanın «Expressbank» ASC-nin yeni iki filialı və dörd şöbəsi fəaliyyətə başlayıb. Yeni filialların biri Bakının Yasamal rayonunda, digəri Qusar rayonunda açılıb, yeni şöbələr isə Sumqayıt şəhərində fəaliyyət göstərir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Emin Məmmədov bildirib.

E.Məmmədovun sözlərinə görə, yeni filial və şöbələrdə müştərilər bütün bank xidmətlərindən, o cümlədən hesablaşma-kassa hesabı, cari hesabların açılması, kredit- depozit əməliyyatları, pul köçürmələri, plastik kartlarla iş və valyuta mübadiləsi əməliyyatları həyata keçirə bilər. «Bankın filial şəbəkəsinin genişləndirilməsində əsas məqsədimiz ölkə əhalisinin, o cümlədən müştərilərimizin bankımızın xidmətlərindən yüksək səviyyədə yararlanmasından ibarətdir. Bu siyasət bankın strateji planında əksini tapıb və növbəti illərdə biz bu siyasəti davam etdirmək niyyətindəyik», - deyə E.Məmmədov bildirib.

Qeyd edək ki, bununla da bankın filiallarının ümumi sayı 10-a çatıb, şöbələrin sayı isə 4 olub.

Xatırladaq ki, «Expressbank» 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə faliyyət göstərir. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 139,951 mln. manat, depozit portfeli 11,156 mln. manat, kredit portfeli 28,330 mln. manat, məcmu kapitalı 27,205 mln. manat, o cümlədən nizamnamə kapitalı 25 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR