Bank Of Baku

«AFB Bank» iyunun 9-da əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır

«AFB Bank» iyunun 9-da əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 25 may 2010 07:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun ayının 9-dan etibarən Bakı Fond Birjasında (BFB) «AFB Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 062 manat, sayı 23 540 ədəd, emissiyanın ümumi həcmi isə 24 999 480 manat təşkil edir.

Səhmlərinin yerləşdirilməsində anderrayter rolunda «BoB Broker» MMC çıxış edəcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə bankın nizamnamə kapitalı 94,2% artaraq 51 549 480 manata çatacaq.

Qeyd edək ki, 2009-cu ilin fevral ayından fəaliyyətə başlayan «AFB Bank»ın səhmdarı «Gilan Holding» Şirkətlər Qrupudur. Hazırda bankın nizamnamə kapitalı 26,550 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR