Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu yanvar-aprel aylarında 2,6 dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu yanvar-aprel aylarında 2,6 dəfə artıb
# 31 may 2010 11:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər 118 ölkə ilə 8 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 6,2 mlrd. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 1,8 mlrd. dollarını ölkəyə idxal edilmiş məhsullar təşkil edib ki, hesabat dövründə 4,4 mlrd. dollarlıq müsbət saldo yaranıb.

Nəticədə, 2009-cu ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 48,3%, o cümlədən ixrac 1,8 dəfə artıb, idxal 5,3% azalıb. Müsbət saldo 2,6 dəfə çoxalıb.

Hesabat dövründə idxal-ixrac əməliyyatlarının 57,6%-i Avropa, 35,8%-i Asiya, 5,4%-i Amerika, 1,1%-i Afrika qitəsi ölkələrinin, 0,1%-i isə Okeaniyanın payına düşüb. Xarici ticarət əməliyyatlarının 27,5%-i İtaliya, 7,5%-i İsrail, 7,2%-i Fransa, 6,3%-i Rusiya, 5,1%-i Ukrayna, 4,8%-i İndoneziya, 4,5%-i Çin, 3,9%-i Malayziya, 3,5%-i ABŞ, 3%-i Türkiyə, 2,9%-i Xorvatiya, 2,5%-i Qazaxıstan, 2%-i Hindistan, 1,8%-i Gürcüstan, 1,7%-i Almaniya, qalan 15,8%-i isə digər dövlətlərlə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR